Bütün xəbərlər
Bidjiyev "Dinamo" Mahaçqala komandasının baş məşqçisi vəzifəsindən istefa verib
Tarix: 07-12-2025 19:46 | Bölmə: Karusel

"Dinamo" Mahaçqala komandasının baş məşqçisi Xasanbi Bidjiyev komandanın "Pari NN"ə məğlubiyyətindən sonra istefa verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Dinamo"nun mətbuat xidməti Telegram-da məlumat yayıb.
Komanda nümayəndələri Bidjiyevə işinə görə təşəkkür ediblər.
"Xasanbi Bidjiyev "Dinamo" ilə "Pari" arasında keçirilən oyundan sonra istefa verib", - deyə, nəşr bildirib.
Bidjiyev 2024-cü ildə Qurban Berdiyevin yerinə "Dinamo" Mahaçqala komandasının məşqçisi olub. Bundan əvvəl Bidjiyev "Spartak Nalçik"i çalışdırıb, həmçinin "Rotor Volqoqrad" və "Avanqard Kursk" komandalarında da çalışıb.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər