19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Pentaqon: "ABŞ narkotik daşıyan qayıqlara 21 zərbə endirib"
Tarix: 02-12-2025 21:51 | Bölmə: Karusel

ABŞ ordusu narkotik daşıyan qayıqlara ümumilikdə 21 zərbə endirib.  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pentaqonun mətbuat katibi Kingsley Wilson brifinqdə bildirib ki, bu hücumlar nəticəsində 82 nəfər həlak olub.
O, həmçinin Qərb yarımkürəsindəki bu cür hərəkətlərin beynəlxalq hüquqa uyğun olduğunu iddia edib.
"Bu günə qədər yarımkürəmizdə narkotik daşıyan gəmilərə ümumilikdə 21 zərbə endirilib və nəticədə 82 narko-terrorçu həlak olub", - deyə, Wilson bildirib.
Oktyabr ayının sonunda ABŞ ordusu Sakit Okeanda dörd narkotik daşıyan qayığı məhv edib və nəticədə 14 nəfər həlak olub.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər