19:28 / 02-12-2025
Moqerini saxlanıldı
Bütün xəbərlər
Vitkov və Dmitriyev Putinlə danışıqlardan əvvəl nahar ediblər
Tarix: 02-12-2025 18:47 | Bölmə: Karusel

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev və ABŞ Prezidentinin Xüsusi Elçisi Stiven Vitkov Kremldə danışıqlardan əvvəl nahar ediblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın məlumatına görə, siyasətçilər 2022-ci ildə Michelin ulduzu almış Moskva restoranında nahar ediblər. Moskva vaxtı ilə saat 16:30-da Dmitriyev və Vitkov restoranı tərk ediblər.
Həmçinin bildirilib ki, ABŞ Prezidentinin Xüsusi Nümayəndəsi və Donald Trampın kürəkəni Cared Kuşnerin Rusiya paytaxtının mərkəzində gəzintiyə çıxıblar. Bolşoy Teatrının yaxınlığında onlar Aurus avtomobilinə minib maşınla uzaqlaşıblar.
Rusiya Prezidenti Vladimir Putin və Vitkov arasında görüş dekabrın 2-nə planlaşdırılıb.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər