Bütün xəbərlər
"Nitsa" azarkeşləri klubun məşq meydançasında oyunçulara hücum etdilər
Tarix: 01-12-2025 22:18 | Bölmə: Karusel

Fransa futbol klubu "Nitsa"nın bir qrup azarkeşi məşq meydançasında oyunçulara hücum etdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Foot Mercato" saytının məlumatına görə, hadisə komandanın zəif nəticələri fonunda baş verib.
Komandanın məşq meydançasına gəlişi baş məşqçi Frank Ezenin istefasını tələb edən şüarlarla müşayiət olunub. Bir neçə azarkeş nigeriyalı hücumçu Terem Moffi və Fil Dişi Sahili yarımmüdafiəçisi Jeremi Boqaya hücum edib. Mənbənin məlumatına görə, azarkeşlər oyunçuları döyüb və onlara tüpürüblər.
21 noyabrda Fransa liqasında "Nitsa" və "Marsel" arasında keçirilən oyunda "Marsel"in daha bir qolundan sonra kütləvi dava baş verib.
"Nitsa" bütün yarışlarda ardıcıl altı məğlubiyyət alıb. Fransa çempionatında 14 turdan sonra "Nitsa" 17 xalla 10-cu yerdədir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər