Bütün xəbərlər
Putin daşqın qurbanları ilə bağlı Şri-Lanka Prezidentinə başsağlığı verdi
Tarix: 01-12-2025 16:41 | Bölmə: Karusel

Rusiya Prezidenti Vladimir Putin daşqınlar nəticəsində çoxsaylı insan itkisi ilə bağlı Şri-Lanka Prezidenti Anura Kumara Dissanayakeyə başsağlığı verdi.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Prezidentinin teleqramı onun mətbuat xidməti tərəfindən rəsmi saytında dərc edilib.
Rusiya lideri Dissanayakedən qurbanların ailələrinə və dostlarına başsağlığı və dəstəyini, eləcə də zərər çəkənlərin hamısına tezliklə sağalma arzularını çatdırmasını xahiş edib.
"Hörmətli cənab Prezident, ölkənizdə daşqınlar və torpaq sürüşmələri nəticəsində çoxsaylı insan itkisi və genişmiqyaslı dağıntılarla bağlı səmimi başsağlığımı qəbul edin", - teleqramda deyilir.
Daha əvvəl Şri-Lanka Fəlakətlərin İdarə Edilməsi Mərkəzi Ditva siklonunun adaya vurmasından sonra 159 nəfərin öldüyünü bildirmişdi.
Anura Kumara Dissanayake Şri-Lanka Turizm İdarəsinə ölkədəki fəlakət səbəbindən çətinlik çəkən xarici turistlərə kömək etmək üçün lazımi tədbirlər görməyi tapşırıb.
Şri-Lanka hökuməti siklonun nəticələrinin aradan qaldırılması üçün təcili xarici yardım istəməyi istisna etməyib.



Baxış sayı: 21


Bölməyə aid digər xəbərlər