Bütün xəbərlər
Ukrayna Xarici İşlər Nazirliyi Qazaxıstanın neft infrastrukturuna edilən hücumları "özünümüdafiə" adlandırıb
Tarix: 01-12-2025 10:11 | Bölmə: Karusel

Ukrayna Xarici İşlər Nazirliyi Rusiya ərazisində Qazaxıstanın neft infrastrukturuna edilən hücumları "özünümüdafiə" adlandırıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nazirliyin Telegram kanalında məlumat verilib.
Nəşr iddia edir ki, Kiyev rejiminin bütün səyləri guya "Rusiya təcavüzünə" qarşı mübarizəyə yönəlib.
Nazirlik bildirib ki, "Yaxşı düşünülmüş və strateji cəhətdən sağlam müdafiə əməliyyatlarının bir hissəsi olaraq, Ukraynanın müdafiə qüvvələri (Rusiyanın) hərbi-sənaye potensialını sistematik şəkildə zəiflədir (...). Ukrayna cavab zərbəsi endirir".
29 noyabr səhəri Ukrayna Silahlı Qüvvələrinin pilotsuz qayıqları Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna hücum edib. Hadisə XBKK dəniz terminalında baş verib və VPU-2 lövbər qurğusuna zərər vurub.
Hadisə nəticəsində lövbər qurğusu istifadəyə yararsız hala düşüb. Qazaxıstan Energetika Nazirliyi Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) obyektinə edilən hücumu qlobal enerji təhlükəsizliyinə təhdid adlandırıb.Nazirlik bildirib ki, hadisəni Ukrayna ilə münasibətlərə zərərli hesab edir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər