Bütün xəbərlər
Rusiya Xarici İşlər Nazirliyi: Lavrov Vyanada keçiriləcək ATƏT Nazirlər Şurasında iştirak etməyəcək
Tarix: 27-11-2025 16:39 | Bölmə: Karusel

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasında iştirak etməyəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
ATƏT Nazirlər Şurası 4-5 dekabr tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək.
"Rusiya tərəfini xarici işlər nazirinin müavini Qruşko təmsil edəcək", - Zaxarova brifinqdə bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün sözlərinə görə, Lavrov ATƏT Nazirlər Şurasında iştirak etməyəcək.
Avqust ayında Lavrov bildirib ki, ATƏT yeni geosiyasi reallıqlara uyğunlaşarsa, uğurlu fəaliyyət göstərmək üçün ikinci şans əldə edə bilər.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər