Bütün xəbərlər
IJF Rusiya cüdoçularının milli bayraq altında yarışmaq hüququnu bərpa edib
Tarix: 27-11-2025 12:20 | Bölmə: Karusel

Beynəlxalq Cüdo Federasiyası (IJF) Rusiya idmançılarının beynəlxalq yarışlarda Rusiya bayrağı altında yarışmaq hüququnu bərpa edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat verib.
IJF İcraiyyə Komitəsi qərarın lehinə səs verib.
Federasiyanın saytında deyilir: "Rusiya idmançılarına yenidən öz milli bayrağı, himni və simvolları altında yarışmağa icazə vermək, Əbu-Dabidə keçiriləcək Böyük Dəbilqə turnirindən (28-30 noyabr) başlayaraq".
Vurğulanır ki, Rusiya tarixən dünya cüdosunda aparıcı ölkə olub və onun tam bərpası bütün səviyyələrdə yarışları zənginləşdirəcək. Federasiya ayrı-seçkilik olmadan bütün iştirakçılar üçün bərabər münasibət prinsipinə sadiq qalır.
IJF izah edib ki, qərar federasiyanın qlobal təşkilat kimi rolunu təsdiqləyir və "ədalətli, şəffaf və dəyərlərə əsaslanan idarəetmə"yə sadiqliyini gücləndirir.
Sentyabr ayında Beynəlxalq Paralimpiya Komitəsi Rusiya idmançılarına bir daha Rusiya bayrağı və himni, eləcə də digər milli simvollarla yarışmağa icazə veriləcəyini açıqladı. 111 üzvdən 91-i Rusiya Paralimpiya Komitəsinin tam bərpasının lehinə səs verdi.



Baxış sayı: 16


Bölməyə aid digər xəbərlər