Bütün xəbərlər
Yakutiya hakimiyyəti respublika rəhbərinin istefası ilə bağlı xəbərləri təkzib edib
Tarix: 23-11-2025 17:42 | Bölmə: Karusel

YaSIA xəbər agentliyinin məlumatına görə, sosial mediada Yakutiya rəhbəri Aisen Nikolayevin istefası ilə bağlı yayılan xəbərlər yalandır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl sosial mediada Rusiya prezidenti Vladimir Putinin Nikolayevi 23 noyabr tarixindən etibarən vəzifəsindən azad etmək barədə fərman imzaladığı iddia edilən bir paylaşım yayılmışdı. Sənəddə ALROSA-nın baş direktoru Pavel Mariniçev müvəqqəti rəhbər vəzifəsində göstərilirdi.
Yakutiya administrasiyası agentliyə bildirib ki, "Məlumat yalandır".
Onlar insanları yalnız təsdiqlənmiş mənbələrə etibar etməyə çağırıblar.



Baxış sayı: 9


Bölməyə aid digər xəbərlər