Bütün xəbərlər
Vorobyov: "Şaturskaya Dövlət Rayon Elektrik Stansiyasında yanğın Ukraynanın dron hücumundan sonra baş verib"
Tarix: 23-11-2025 11:36 | Bölmə: Karusel

Şaturskaya Dövlət Rayon Elektrik Stansiyasında yanğın Ukraynanın dron hücumundan sonra baş verib, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, sakinlər üçün heç bir təhlükə yoxdur; təcili yardım xidmətləri hadisə yerində işləyir və vəziyyət nəzarət altındadır.
"Bu səhər Şaturskaya Dövlət Rayon Elektrik Stansiyasına dron hücumu həyata keçirilib. Bəzi dronlar hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib, bir neçəsi isə zavod ərazisinə düşüb.Obyektdə yanğın baş verib və hazırda lokallaşdırılıb", - deyə, regional qubernator Telegram kanalında yazıb.
O əlavə edib ki, şəhərin elektrik təchizatında fasilə yoxdur və obyektlər ehtiyat xətlərə keçirilib.Rayona mobil modul qazanxanalar da göndərilib.
Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinin məlumatına görə, elektrik stansiyasında transformatorlar yanır. Yanğının söndürülməsi üçün 49 ədəd texnikadan istifadə edən 137 mütəxəssis cəlb edilib.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər