Bütün xəbərlər
Polşa Belarusla iki sərhəd keçid məntəqəsini yenidən açacaq
Tarix: 14-11-2025 21:13 | Bölmə: Karusel

Polşa Nazirlər Kabineti 17 noyabrda Bobrowniki və Kuznitsa şəhərlərində Belarusla daha iki sərhəd keçid məntəqəsini yenidən açacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Marçin Kervinski məlumat verib.
Onun sözlərinə görə, müvafiq əmri Daxili İşlər və Administrasiya naziri imzalayıb.
Kervinskinin nazirliyin saytında verdiyi məlumata görə, "Kuznitsa Belostoçka-Bruzqi və Bobrowniki-Berestoviça sərhəd keçid məntəqələri 17 noyabrda fəaliyyətini bərpa edəcək".
Polşa tərəfinin Kuznitsa keçid məntəqəsindən avtomobil və avtobusların, Aİ ölkələrindən və İsveçrədən gələn avtomobillərin, avtobusların və yük maşınlarının isə Bobrownikidən keçməsinə icazə verəcəyi dəqiqləşdirilib.
25 sentyabrda Polşanın Belarusla sərhədini açdığı bildirilib. Brest keçid məntəqəsindən avtomobillər buraxılmağa başlayıb.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər