Bütün xəbərlər
Qazaxda 30 yaşlı kişi bıçaqlanıb
Tarix: 04-04-2019 01:17 | Bölmə: Karusel

                               


Qazaxda 30 yaşlı kişi bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin "Beş mərtəbə" deyilən ərazisində qeydə alınıb. 
Qazax şəhər sakini, 30 yaşlı Zöhrab İman oğlu Qasımov sol döş qəfəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılıb və əməliyyat olunub.
Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 324


Bölməyə aid digər xəbərlər