Bütün xəbərlər
Bacısının ərini bıçaqladı, sonra polisə etiraf etdi ki...
Tarix: 04-04-2019 00:46 | Bölmə: Karusel

                                    


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 10-na təyin edilib.
İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonu, Mehdiyev küçəsindəki 79 nömrəli evin qarşısında 1974-cü il təvəllüdlü Ağakişiyev Samir Bəşir oğlu 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunun ürəyinə bıçaq zərbəsi endirərək qətlə yetirib. Qətli törədən şəxs dərhal Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə gələrək cinayəti etiraf edib.
Xatırladaq ki, S.Ağakişiyev qətlə yetirilən şəxsin həyat yoldaşının qardaşıdır



Baxış sayı: 326


Bölməyə aid digər xəbərlər