22:15 / 09-11-2025
Tanışını bıçaqlayıb
Bütün xəbərlər
"Bloomberg": Cənubi Kareliya Rusiya ilə sərhədin bağlanması səbəbindən gündə 1 milyon avro itirir
Tarix: 01-11-2025 16:05 | Bölmə: Karusel

"Bloomberg"in məlumatına görə, Rusiya ilə sərhədin bağlanması Finlandiyanın Cənubi Kareliya kimi sərhəd bölgələrinin iqtisadiyyatına dağıdıcı zərbə vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, turist axınının dayanması gündəlik təxminən 1 milyon avro itkiyə səbəb olub.Bu, işsizliyin kəskin artmasına və pərakəndə satış məntəqələrinin bağlanmasına səbəb olub.
Nəşr qeyd edir ki, "On illərdir iqtisadiyyatı Rusiya istehlakçılarına yönəlmiş İmatra şəhəri xüsusilə ağır zərbə alıb".
Üç böyük meşə təsərrüfatı şirkəti - UPM-Kymmene Oyj, Stora Enso Oyj və Metsä Group - Rusiyadan xammal təchizatının və satış bazarlarının itirilməsi səbəbindən bölgədə kütləvi iş yerlərinin ixtisar olunduğunu elan edib. Əhalisi 25.000 nəfər olan İmatrada işsizlik səviyyəsi 15%-ə çatıb ki, bu da ölkə üzrə orta göstərici olan 9,1%-i xeyli üstələyir.
Hazırda şəhər rəhbərliyi Rusiyadan asılılıqdan azad olan yeni bir strategiya hazırlamaqla böhrandan çıxış yolu axtarır. Məsələn, İmatra vergi güzəştləri ilə xüsusi iqtisadi zona statusu üçün müraciət edir.
29 oktyabrda Finlandiya prezidenti Aleksandr Stubb elan etdi ki, Rusiya enerji ehtiyatlarına alternativ axtarışının bir hissəsi olaraq Qazaxıstan Avropa təchizatçısına çevrilə bilər.



Baxış sayı: 103


Bölməyə aid digər xəbərlər