Bütün xəbərlər
Gəncədə 50 yaşlı kişi torpaq altında qalaraq ölüb
Tarix: 02-04-2019 23:19 | Bölmə: Karusel



Gəncə şəhərində  50 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin “Comərt Qəssab” türbəsinin yaxınlığında, qeydə alınıb. 
 1969-cu il təvəllüdlü, Göygöl rayonunun Hacıməlik kənd sakini İsgəndərov İlham daş və qumun altında qalaraq ölüb. 
Tikinti ərazisində sökülmüş mişar daşlarını toplayaraq öz “ZİL” markalı yük maşınına yığıb aparmaq istəyərkən torpaq sürüşməsi baş verib və o dağıntı altında qalıb.
Meyit tibbi ekspertizaya aparılıb. 
Faktla bağlı araşdırma aparılır.





Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər