21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Gömrük Akademiyasının tələbələri ABŞ-da beynəlxalq müsabiqədə iştirak edirlər
Tarix: 01-04-2019 19:11 | Bölmə: Karusel


Bakı, 1 aprel, SalamNews. Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Turan Abbasov, Murad Alızadə, Etibar Qarayev və Günel Məmmədzadə 31 mart-6 aprel tarixlərində Vaşinqtonda keçirilən dünyanın ən böyük məhkəmə müsabiqəsi olan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsində iştirak edirlər. 
DGKA-dan SalamNews-a verilən məlumata görə, bu ilin 9 fevral tarixində on ildən sonra ilk dəfə Azərbaycanda “Philip C. Jessup”ın milli raundları keçirilib. Bu isə məhz DGKA-nın komandasının yarışa qoşulması ilə mümkün olub.
Beynəlxalq Hüquq Tələbələri Assosiasiyası (ILSA) tərəfindən təşkil olunan “Philip C. Jessup” beynəlxalq məhkəmə müsabiqəsi Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin (InternationalCourt of Justice) simulyasiyasıdır və hər il 100-dən çox ölkədən gələn komandalar Vaşinqtonda yarışaraq öz ölkələrini təmsil edirlər. Müsabiqədə 3000-dək tələbə təmsil olunur.



Baxış sayı: 361


Bölməyə aid digər xəbərlər