Bütün xəbərlər
"Reuters": HƏMAS 20 israilli girovun siyahısını açıqlayıb
Tarix: 13-10-2025 09:36 | Bölmə: Karusel

Fələstinin Həmas hərəkatı sülh sazişi çərçivəsində azad ediləcək 20 girovun siyahısını dərc edib, "Reuters" xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında yerləşdirilmiş mesaja görə, siyahıya Donbasdan olan Maksim Xarkin də daxildir. Siyahıda həmçinin Bar Kuperşteyn, Yosef-Haim Ohana, Elkan Buxbut, David Kunio, Eytan Mora, Rom Braslavski və başqaları var.
Bundan əvvəl “Əl-Cəzirə” HƏMAS-ın israilli girovların siyahıyaalınmasını həyata keçirdiyini və razılaşdırılmış müddət ərzində onları azad edəcəyini vəd etdiyini bildirmişdi. Siyahıyaalmadan sonra HƏMAS girovları oktyabrın 13-ü səhər, Moskva vaxtı ilə saat 12:00-a qədər baş tutması gözlənilən təhvil-təslim üçün hazırlıq məqsədilə Qəzza zolağı boyunca paylayıb.
Öz növbəsində, İsrail Nazirlər Kabineti fələstinli məhbusların azad edilməsinin yalnız israilli girovların Qəzza zolağından qayıtdıqdan sonra baş verəcəyini bəyan edib. O, həmçinin sağ qalan 20 nəfərin hamısının eyni vaxtda Qırmızı Xaça təhvil veriləcəyinə ümid etdiyini bildirib.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens HƏMAS-ın israilli girovları azad etməyə hər an başlaya biləcəyini bildirmişdi və əlavə etmişdi ki, ABŞ prezidenti Donald Tramp girovları qarşılamaq üçün Yaxın Şərqə getməyi planlaşdırır.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb