09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
İsrail Nazirlər Kabineti: Fələstinli məhbuslar girovlar qayıtdıqdan sonra azad ediləcək
Tarix: 12-10-2025 17:49 | Bölmə: Karusel

İsrail hökumətinin sözçüsü Şoş Bedrosyan bildirib ki, İsraildə saxlanılan fələstinlilərin azad edilməsi yalnız Qəzza zolağından israilli girovların qaytarılmasından sonra baş verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, həmçinin sağ qalan 20 israilli girovun hamısının eyni vaxtda Qırmızı Xaça təhvil veriləcəyinə ümid etdiyini bildirib. Mübadilə oktyabrın 13-ü səhər tezdən başlayacaq.
"Fələstinli məhbuslar, İsrail sabah azad edilməsi planlaşdırılan bütün girovlarımızın sərhədi keçərək İsraildə olduqlarına dair təsdiqi alan kimi azad ediləcək", - TASS onun sözlərini sitat gətirib.
İsrail və HƏMAS oktyabrın 9-da sülh planının birinci mərhələsinə dair saziş imzalayıblar.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağında saxlanılan girovların oktyabrın 13-ü və 14-də İsrailə qayıdacaqlarını açıqlamışdı.Buna cavab olaraq İsrail hakimiyyəti terrorizmdə günahkar bilinən 250 məhbusu və oktyabrın 7-dən həbs olunan təxminən 1700 fələstinlini azad edəcək.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb