09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Rusiya milli futbol komandası pilotsuz təyyarənin hücumu səbəbindən yola düşə bilməyib
Tarix: 11-10-2025 10:38 | Bölmə: Karusel

Rusiya milli futbol komandası İran millisi ilə yoldaşlıq oyunundan sonra Volqoqradda qalmağa məcbur olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyalı futbolçuların uçuşu Ukrayna pilotsuz təyyarələrinin hücumlarına görə dəyişdirilib.
Bundan əvvəl Rosaviasiyanın mətbuat katibi Artem Korenyako öz Telegram kanalında Volqoqrad hava limanının bütün uçuşları dayandırdığını bildirmişdi.
Daha sonra Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov dəqiqləşdirib ki, oktyabrın 11-nə keçən gecə irimiqyaslı pilotsuz təyyarə hücumuna cəhd edilib. Onun sözlərinə görə, dronların dağıntıları Volqoqradda üç yaşayış binasına və bir uşaq bağçasına ziyan vurub.
Oktyabrın 11-də səhər saatlarında Rosaviatsiya Volqoqrad hava limanında tətbiq edilən müvəqqəti məhdudiyyətlərin götürüldüyünü elan edib.
Ötən gün Rusiya millisi tarixində ilk dəfə İranı məğlub edib. “Volqoqrad Arena”da keçirilən görüş 2:1 hesabı ilə Valeri Karpinin komandasının xeyrinə başa çatıb. Qaliblərin qollarını Dmitri Vorobyov və Aleksey Batrakov vurub.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər
Dünən, 08:58 Zəlzələ baş verib
Dünən, 08:45 Sənaye binası yanıb