09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Daxili İşlər İdarəsinin rəisi rüşvət üstündə həbs olunarkən hüquq-mühafizə orqanlarının iki əməkdaşına xəsarət yetirib
Tarix: 09-10-2025 10:43 | Bölmə: Karusel

Rusiya Daxili İşlər Nazirliyinin Xantı-Mansi Muxtar Dairəsi – Yuqra üzrə Telegram kanalında verilən məlumata görə, Xantı-Mansi Muxtar Dairəsində Beloyarski Rayon Daxili İşlər İdarəsinin rəisi rüşvət alarkən həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müəyyən edildiyinə görə, polis məmuru 2023-cü ildən sistematik olaraq yerli iş adamından ümumi müdafiə və yardım üçün pul alırmış.O, növbəti rüşvəti təhvil verərkən əməliyyatçılar tərəfindən cinayət başında yaxalanıb.
"Qaçmağa cəhd edərkən o, fəal müqavimət göstərib, iki polis əməkdaşını yaralayıb", - məlumatda deyilir.
Faktla bağlı hədə-qorxu ilə tələb etmə ilə yanaşı, xeyli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb.



Baxış sayı: 58


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb