09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Peskov oktyabrın 7-də Putinlə Əliyev arasında baş tutan telefon danışığını müsbət və konstruktiv adlandırıb
Tarix: 09-10-2025 10:34 | Bölmə: Karusel

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında oktyabrın 7-də telefon danışığı müsbət və konstruktiv olub.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O, dəqiqləşdirib ki, məhz bu söhbət zamanı tərəflər şəxsi görüşə razılaşıblar.
"(Söhbət) yaxşı, müsbət və konstruktiv keçdi", - Peskov bildirib.
Oktyabrın 7-də Əliyev Putini ad günü münasibətilə telefonla təbrik edib. Söhbət zamanı liderlər digər məsələlərlə yanaşı, Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərin inkişafını da müzakirə ediblər.
Peskov daha sonra Rusiya və Azərbaycan prezidentlərinin oktyabrın 9-da Tacikistana işgüzar səfəri zamanı görüşəcəyini açıqlayıb.



Baxış sayı: 62


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb