Bütün xəbərlər
Ağır cinayətlərə görə beş əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib
Tarix: 07-10-2025 11:29 | Bölmə: Karusel

Krasnoyarsk diyarında ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə beş əcnəbi Rusiya vətəndaşlığından məhrum edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onlardan ikisi hazırda həbsdədir.
Qətlə görə 1981 və 1990-cı il təvəllüdlü iki rayon sakininin Rusiya pasportu əlindən alınıb. Hazırda hər ikisi həbsxanada cəza çəkir.
1984, 1977 və 1969-cu il təvəllüdlü daha üç kişi cinsi təcavüzə görə vətəndaşlıqdan məhrum edilib.
"Hazırda polis həmin şəxslərin pasportlarını müsadirə edib. Cəzalarını çəkdikdən sonra məhkumların hər birindən ölkəni tərk etmələri tələb olunacaq", - Daxili İşlər Nazirliyindən bildirilib.
Onlar əlavə ediblər ki, könüllü olaraq Rusiyanı tərk etməkdən imtina etsələr, məcburi şəkildə deportasiya olunacaqlar.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər