Bütün xəbərlər
Moskvanı bombalamağa çağıran həbs edilib
Tarix: 07-10-2025 11:26 | Bölmə: Karusel

Moskva vilayətində Podolsk sakini açıq şəkildə Moskvada terror fəaliyyətinə çağırış və terrorizmi təbliğ etməkdə ittiham edilərək həbs edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.
1985-ci il təvəllüdlü şəxsə qarşı Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terror fəaliyyətinə ictimai çağırışlar və internet vasitəsilə terrorizmin təbliği) ilə cinayət işi açılıb.
Müstəntiqlərin fikrincə, müttəhim Ukraynayönümlü Telegram kanallarında geniş ictimaiyyətə açıq olan, Rusiyada terror fəaliyyətinə ictimai çağırışların elementlərini ehtiva edən materiallar yerləşdirib. Konkret olaraq həmin şəxs bəyan edib ki, “Əhalidə təşviş hissi yaratmaq üçün Moskvanı tez-tez bombalamaq lazımdır”.
Dindirilmə zamanı təqsirləndirilən şəxs təqsirini tam etiraf edib.
İstintaq Komitəsinin “Telegram” kanalında yayımlanan məlumatda deyilir: “İstintaqın tələbi ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
Həmin şəxsin yaşadığı ünvanda axtarışlar aparılıb, texniki vasitələr və istintaqa aidiyyəti olan digər əşyalar götürülüb, linqvistik ekspertiza təyin edilib.
Sübutların toplanması və birləşdirilməsi davam edir.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər