Bütün xəbərlər
Saxta xəbərlərlə bağlı iş üzrə beynəlxalq axtarışa verilib
Tarix: 07-10-2025 08:55 | Bölmə: Karusel

Vladimir Zelenskinin ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Aretoviç (terrorçuların və ekstremistlərin Rosfinmonitorinq siyahısına daxil edilib) terrorçuluq fəaliyyətinə açıq çağırışlar və Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlərin yayılması ilə bağlı cinayət işi üzrə beynəlxalq axtarışa verilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS iş materiallarına istinadən məlumat yayıb.
Sənədlərdə qeyd olunur ki, Aretoviç 2023-cü il sentyabrın 8-də, həmin il noyabrın 13-də isə beynəlxalq axtarışa verilib.
“2023-cü il avqustun 28-də terrorçuluq fəaliyyətini həyata keçirməyə açıq çağırışlarda, terrora ictimai bəraət qazandırmaqda və ya terrorizmin təbliğində, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Rusiya Silahlı Qüvvələrinin istifadəsinə dair bilə-bilə yalan məlumatların açıq şəkildə yayılmasına görə Aretoviç barəsində qiyabi hökm çıxarılıb”, - sənədlərdə deyilir.
İş materiallarında o da göstərilir ki, Zelenskinin ofis rəisinin keçmiş müşaviri barəsində cinayət işi ilk dəfə 2022-ci il aprelin 8-də Rusiya ordusu haqqında yalan məlumat yaymaqda, bir ay sonra isə terror cinayəti törətməkdə ittiham olunub.
Bundan əvvəl Rusiya Daxili İşlər Nazirliyinin 2023-cü ildə A.Arestoviçi axtarışa verdiyi bildirilmişdi.Axtarışın cinayət təqibi çərçivəsində aparıldığı bildirilsə də, Cinayət Məcəlləsinin maddəsi dəqiqləşdirilməyib.
Həmçinin 2023-cü ildə Rosfinmonitoring Zelenskinin ofis rəhbərinin keçmiş müşavirini terrorçular və ekstremistlər siyahısına əlavə edib.



Baxış sayı: 25


Bölməyə aid digər xəbərlər