Bütün xəbərlər
Orenburq RPL klubu baş məşqçi Vladimir Sliskoviçi istefaya göndərib
Tarix: 05-10-2025 16:29 | Bölmə: Karusel

Bosniyalı məşqçi Vladimir Sliskoviç "Orenburq" klubunun baş məşqçisi postunu tərk edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın Telegram kanalında məlumat verilib.
O, 2024-cü il oktyabrın 7-də komandaya rəhbərlik edib.
"Klubumuzun inkişafına verdiyi töhfəyə görə Vladimirə təşəkkür edirik və ona uğurlar arzulayırıq!"- mətbuat xidməti qeyd edib.
Rusiya Premyer Liqasının (RPL) 11 turundan sonra komanda 7 xalla 14-cü pillədə qərarlaşıb. Komandanın bir qələbəsi, dörd heç-heçəsi və altı məğlubiyyəti var. Növbəti mərhələdə “Orenburq” “Krılia Sovetov Samara” ilə qarşılaşacaq.
Bu ərəfədə Moskvanın “Lokomotiv” klubu Rusiya Premyer Liqasının 11-ci turu çərçivəsində səfərdə Moskvanın “Dinamo” klubunu 5:3 hesabı ilə məğlub edib.



Baxış sayı: 56


Bölməyə aid digər xəbərlər