09:32 / 11-10-2025
İki anbar yanıb
Bütün xəbərlər
Yeniyetmələrə bibər qazı vuran şəxs saxlanılıb
Tarix: 05-10-2025 13:15 | Bölmə: Karusel

Sankt-Peterburqda yetkinlik yaşına çatmayanlara qarşı xuliqanlıqla bağlı cinayət işi üzrə şəxs saxlanılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
İstintaq zamanı məlum olub ki, şübhəli şəxs Bolşaya Posadskaya küçəsində yerləşən binanın girişində olarkən qarşıdurma zamanı azyaşlılara bibər qazı vurub. Hücumçu həmçinin yeniyetmələrdən birinə ən azı beş zərbə endirib.
Zərərçəkənlər özləri həkimə müraciət ediblər. Yeniyetmələrə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı gənci saxlayıblar.
Hazırda onun barəsində həbs-qətimkan tədbiri seçilib.



Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
10-10-2025, 08:58 Zəlzələ baş verib
10-10-2025, 08:45 Sənaye binası yanıb