20:09 / 04-10-2025
Partlayış baş verib
Bütün xəbərlər
Tbilisidə etirazçılar “İmedi” telekanalının jurnalistlərinə hücum ediblər
Tarix: 04-10-2025 20:47 | Bölmə: Karusel

Kanalın məlumatına görə, Tbilisidə etirazçılar Gürcüstanın “İmedi” telekanalının çəkiliş qrupuna hücum ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə nümayişçilərin basqın etməyə cəhd etdiyi prezident sarayının yaxınlığında baş verib. Bir qrup etirazçı “İmedi” televiziyasının heyətinə hücum edərək avadanlıqları zədələyib. TASS-ın məlumatına görə, bir jurnalist və bir operator xəsarət alıb.
"Etirazçılar "İmedi" televiziyasının heyətinə hücum ediblər. Televiziya şirkətinin avadanlığı zədələnib", - telekanalın açıqlamasında deyilir.
Şənbə günü günortadan sonra Tbilisidə davam edən bələdiyyə seçkilərinə etirazçılar toplaşıblar. Etiraz “dinc” tədbir kimi qiymətləndirilib, lakin mitinq açıldıqdan sonra təşkilatçılar izdihamı prezident sarayına doğru yürüşə və onun açarlarını götürməyə çağırıblar.
Xüsusi təyinatlılar prezident sarayına soxulmağa cəhd edən etirazçılara qarşı su şırnaqlarından istifadə ediblər. Etirazçılar saray binasına daş atır, polisə atəşfəşanlıq edirlər.
Gürcüstan Daxili İşlər Nazirliyi etirazın qanuni həddi aşdığını və təşkilatçıların zorakılığa çağırışlar etdiyini bəyan edib. İştirakçılara polisin qanuni əmrlərinə əməl etməyə çağırılıb, əks halda onları “müvafiq hüquqi tədbirlər” görəcəklər.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər