Bütün xəbərlər
İvan Emelianenko həbsdən çıxandan sonra noyabrda döyüşəcək
Tarix: 03-10-2025 20:48 | Bölmə: Karusel

Rusiyalı MMA döyüşçüsü İvan Emelianenko həbsdən çıxandan sonra noyabrda döyüşəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə idmançının komandasına istinadən TASS məlumat yayıb.
Emelianenko qardaşlarından ən kiçiyi şərti azadlığa buraxılıb. O, küçə döyüşündən sonra rəqibinə ağır bədən xəsarəti yetirdiyinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib.
“İvan noyabrda Yusefi ilə döyüşəcək”, - agentliyin mənbəsi bildirib.
37 yaşlı Emelianenko karyerası ərzində bir neçə dəfə qarışıq döyüş növləri və boksda döyüşüb.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər