Bütün xəbərlər
Milyarder Süleymanov işində təqsirləndirilən şəxs infarktdan dünyasını dəyişib
Tarix: 03-10-2025 18:52 | Bölmə: Karusel

TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, əvvəlki illərdə qətldə şübhəli bilinən milyarder İbrahim Süleymanovun işi üzrə təqsirləndirilən şəxslərdən biri Abakar Darbişev saxlanıldıqdan sonra ürək tutmasından dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Abakar Darbişev Moskva vilayətində saxlanılıb və həbs olunduqdan sonra dünyasını dəyişib. Səbəb infarkt olub", - agentliyin mənbəsi bildirib.
O, aydınlaşdırıb ki, Darbişev də Süleymanov kimi qətl törətməkdə şübhəli bilinir.
Milyarderin həbsi oktyabrın 3-də elan edilib.O da bildirilib ki, müstəntiqlər onun həbsi üçün məhkəməyə vəsatət vermək niyyətindədirlər.
Süleymanov əvvəllər də dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunsa da, biznes dairələrində nüfuzunu saxlayıb.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər