Bütün xəbərlər
Ermənistan məhkəməsi Erməni Apostol Kilsəsinin arxiyepiskopu Ajapaxyanı iki il müddətinə azadlıqdan məhrum edib
Tarix: 03-10-2025 18:42 | Bölmə: Karusel

Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Erməni Apostol Kilsəsinin (AAK) arxiyepiskopu Mikael Ajapaxyanı iki il müddətinə azadlıqdan məhrum edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunurdu.
Məhkəmə iclası yerli xəbər kanalları tərəfindən canlı yayımlanıb.
“Cəza... Ajapaxian iki il həbs”, - hakim Armine Meliksetyan yekunlaşdırıb.
Arxiyepiskop iyunun 27-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən katolikosun Eçmiədzindəki iqamətgahında saxlanılıb. Daha sonra məhkəmə dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunaraq onun barəsində həbs qətimkan tədbiri seçib.
Erməni Apostol Kilsəsinin Novo-Naxiçevan yeparxiyası Ajapaxyanın təqibini klassik siyasi repressiya və qisas hadisəsi adlandırıb.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər