Bütün xəbərlər
Polisə qarşı terror aktında şübhəli bilinən beşinci şəxs saxlanılıb
Tarix: 03-10-2025 15:48 | Bölmə: Karusel
Dağıstanda Buynaksk rayonunda polis bölməsində partlayış törətməkdə şübhəli bilinən cinayətkar qrupun beşinci üzvü saxlanılıb. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “CRIMINAL CHRONICLE” Telegram kanalı məlumat yayıb.
Bundan əvvəl eyni işlə bağlı dörd Buinaksk sakininin həbs edildiyi bildirilirdi. Həbsləri Daxili İşlər Nazirliyinin Ekstremizmlə Mübarizə Mərkəzinin və Rusiya Federasiyasının Dağıstan Respublikası üzrə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həyata keçirib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 317-ci maddəsi və 223.1-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb. İstintaq davam edir.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər