Bütün xəbərlər
Əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib
Tarix: 03-10-2025 10:02 | Bölmə: Karusel

Xerson vilayətinin Tavriysk şəhərində məktəb yaxınlığında əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Suverenlik Komissiyasının İctimai Palatasının sədri Vladimir Roqov öz Telegram kanalında məlumat verib. Binada və ərazidə olan bütün insanların dərhal təxliyyə edildiyi qeyd edilir.
Mütəxəssislər təhlükəli qurğunu zərərsizləşdiriblər. Heç kim xəsarət almayıb.
Vladimir Roqov yerli sakinləri ayıq-sayıq olmağa və şübhəli əşyalar barədə dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verməyə çağırıb.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər