Bütün xəbərlər
Külli miqdarda rüşvət aldığı üçün işdən çıxarılıb
Tarix: 30-09-2025 18:03 | Bölmə: Karusel

Naberejnıye Çelnı İcraiyyə Komitəsinin rəhbəri və Baş İdarənin rəisi Albert İsmayılov xüsusilə böyük məbləğdə rüşvət aldığı üçün işdən çıxarılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Tatarıstan Prokurorluğunun saytının məlumatına görə, indi keçmiş məmur maraqların toqquşmasını gizlədib və meriyanın binasına texniki xidmət göstərən fərdi sahibkardan beş il ərzində 1 milyon rubldan çox rüşvət alıb.
İsmayılov etimadı itirdiyi üçün işdən çıxarılıb. Onun barəsində xüsusilə külli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılıb. İstintaqın gedişinə Naberejnıye Çelnı prokurorluğu nəzarət edir.



Baxış sayı: 61


Bölməyə aid digər xəbərlər