Bütün xəbərlər
Məhkəmə saxta xəbərlərlə bağlı iş üzrə jurnalisti həbs edib
Tarix: 30-09-2025 14:23 | Bölmə: Karusel

Krasnoyarsk Mərkəzi Dairə Məhkəməsi jurnalist Svetlana Xustiqi Rusiya ordusunun hərəkətləri haqqında "bilərəkdən yalan məlumatlar" yaymaqda ittiham edərək iki ay müddətinə həbs edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Baş İstintaq İdarəsi öz Telegram kanalında məlumat yayıb. İstintaqın məlumatına görə, 2023-cü ilin mayında xarici agentlərin reyestrinə daxil olan “Sibir.Realii” nəşri ilə əməkdaşlıq edən jurnalist xüsusi hərbi əməliyyat zonasında Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatların yer aldığı müsahibə dərc edib və bu iş üçün 64 min rubl alıb.
Cinayət işi təqsirləndirilən şəxsin eqoist motivləri və siyasi nifrətini nəzərə alaraq Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsinin 2-ci hissəsi ilə yenidən tövsif edilib.
İttiham edilən cinayəti törətdiyinə görə Xustiqi 5 ildən 10 ilədək həbs cəzası gözləyir.



Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər