Bütün xəbərlər
Rusiya Milli Qvardiyasının Şimali Osetiya üzrə İdarəsinin rəisi general Qolota saxlanılıb
Tarix: 29-09-2025 20:40 | Bölmə: Karusel

Təhlükəsizlik qüvvələri Rusiya Milli Qvardiyasının Şimali Osetiya-Alaniya üzrə İdarəsinin rəisi general Valeri Qolotanı saxlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, saxlanılması barədə TASS təcili xidmətlərə istinadən məlumat yayıb. Agentlikdən rəsmi təsdiq hələ alınmayıb.
İlkin məlumatlara görə, general rüşvət almaqda şübhəli bilinə bilər. Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Hazırda istintaqın əlavə təfərrüatları açıqlanmır.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər