Bütün xəbərlər
Qrossi: "SVO kontekstində nüvə təhlükəsizliyi üzrə Rusiya ilə dialoqun alternativi yoxdur"
Tarix: 29-09-2025 20:30 | Bölmə: Karusel

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynada keçirilən xüsusi əməliyyat fonunda Rusiya ilə dialoqu davam etdirir, çünki nüvə təhlükəsizliyi risklərinin idarə olunması üçün başqa effektiv alətlər yoxdur. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Rafael Qrossi bildirib.
O xatırladıb ki, münaqişənin başlanğıcında bir çox Qərb dövlətləri onu Rusiya prezidenti Vladimir Putinlə dialoquna görə tənqid ediblər.
“Ancaq mən başqa kiminlə danışa bilərəm? (Rusiya ilə dialoq) mənə imkan verir ki, bu, asan olmasa da, [nüvə təhlükəsizliyi sahəsində] vəziyyətə müəyyən şəkildə təsir göstərim ki, o, düzgün istiqamətdə inkişaf etsin”, o, onlayn yayımlanan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı qeyd edib.
Qrossi daha əvvəl bəyan etmişdi ki, nüvə obyektlərinə və atom elektrik stansiyalarına hücum kimi hallar baş verməməlidir.



Baxış sayı: 159


Bölməyə aid digər xəbərlər