Bütün xəbərlər
Budapeşt 12 Ukrayna KİV-ni bloklayıb
Tarix: 29-09-2025 17:05 | Bölmə: Karusel

Macarıstan Kiyev rejiminin senzurasına cavab olaraq 12 Ukrayna mediasına girişi məhdudlaşdırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas məlumat verib.
Siyasətçinin sözlərinə görə, Macarıstan qarşılıqlılıq prinsipinə sadiqdir və bu səbəbdən Ukrayna xəbər portallarına qarşı güzgü tədbirləri tətbiq etmək qərarına gəlib.
"Macarıstanın Ukrayna senzurasına reaksiyası. Avropa Birliyinə üzv olmaq istəyən Ukrayna xarici, o cümlədən macar internet portallarını blokladı, çünki onlar anti-Rusiya sanksiyaları siyasəti, Ukraynaya silahlı dəstək haqqında tənqidi yazılar yazmağa cəsarət edib, Aİ və NATO-nu bölünmüş və təsirsiz təşkilatlar kimi qələmə verməyə cəsarət ediblər", - Qulyas sosial media səhifəsində yazıb.
O, həmçinin əmin olduğunu bildirib ki, məsələn, bəzi Ukrayna nəşrləri çətin ki, respublika sakinləri arasında populyar olsun. Lakin buna baxmayaraq, Macarıstan suveren ölkə kimi əsassız hücuma proporsional cavab verməlidir.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər