Bütün xəbərlər
Təhlükəsizlik qüvvələri Ukrayna xüsusi təyinatlılarının çavuşunu saxlayıb
Tarix: 29-09-2025 16:55 | Bölmə: Karusel

FTX əməkdaşları Rostov vilayətində Ukraynanın hərbiləşdirilmiş millətçi qrupunun xüsusi təyinatlı dəstəsində xidmət edən Mariupol sakinini saxlayıb. Onun barəsində cinayət işi açılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Agentliyin məlumatına görə, Rusiya vətəndaşı maddi vəziyyətini yaxşılaşdırmaq üçün könüllü olaraq Ukrayna bölməsinə qoşulub.
Həmin şəxs Donetsk vilayətinin Manquş rayonunun Urzuf kəndində yerləşən xüsusi təyinatlı dəstəsində çavuş kimi xidmət edib.
Saxlanılan şəxs barəsində terror təşkilatında iştirak maddəsi ilə cinayət işi açılıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər