Bütün xəbərlər
Svetlana Bajanova Rusiya Fiqurlu Konkisürmə Federasiyasının baş direktoru təyin edilib
Tarix: 28-09-2025 14:04 | Bölmə: Karusel

Svetlana Bazhanova Rusiya Fiqurlu Konkisürmə Federasiyasının (FFKKR) yeni baş direktoru təyin edilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Federasiyadan verilən məlumata görə, o, Aleksandr Koqanı əvəzləyib.
Koqan FFKKR-nin baş katibi təyin edilib. Federasiyanın İcraiyyə Komitəsi rusiyalı idmançıların uzun müddət beynəlxalq yarışlarda iştirak etməməsi səbəbindən beynəlxalq məsələlərə diqqət yetirmək zərurəti yarandığı üçün Koqanın bu vəzifəyə keçidini təsdiqləyib.
"Svetlana Valeryevna Bajanova FFKKR-nin baş direktoru təyin edilib", - federasiyanın saytında deyilir.
Bajanova Rusiyanın əməkdar idman ustası, olimpiya çempionu, beşqat Rusiya çempionudur.



Baxış sayı: 76


Bölməyə aid digər xəbərlər