Bütün xəbərlər
Sürücü ilə mübahisə edən şəxs avtobusa atəş açıb
Tarix: 27-09-2025 20:00 | Bölmə: Karusel

Moskva vilayətinin Naro-Fominsk şəhərində bir nəfər sürücü ilə mübahisə etdikdən sonra avtobusa pnevmatik tapançadan atəş açıb.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
İlkin araşdırmalarla müəyyən edilib ki, Kurzenkova küçəsindəki avtovağzalda avtobus sürücüsü ilə şifahi mübahisədən sonra həmin şəxs pnevmatik tapançadan avtobusa bir neçə dəfə atəş açıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtobusun şüşəsi zədələnib.
Hadisəni törədən şəxsin 1986-cı il təvəllüdlü Moskva sakini olduğu müəyyən edilib. O, artıq polis bölməsinə aparılıb, silah götürülüb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci hissəsi (Silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə xuliqanlıq) cinayət işi açılıb.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər