Bütün xəbərlər
5,0 bal gücündə zəlzələ qeydə alınıb
Tarix: 27-09-2025 16:04 | Bölmə: Karusel

Kamçatka sahillərində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının interaktiv zəlzələ xəritəsinin məlumatında deyilir.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən 122 km aralıda olub. Filialın məlumatına görə, zəlzələ yerli vaxtla saat 10:25-də baş verib.
Üç saat əvvəl, səhər saat 7:25-də daha bir zəlzələ baş verib, maqnitudası 5,4-ə çatıb. Zəlzələnin episentri Severo-Kurilskdən 202 km aralıda yerləşib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər