Bütün xəbərlər
Təyyarə videomüşahidə dirəyinə çırpılıb
Tarix: 27-09-2025 16:02 | Bölmə: Karusel

Müstəntiqlər Novqorod vilayətindəki Kreçevitsı aerodromunda insidentin baş vermə səbəblərini araşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsinin Telegram kanalına istinadən xəbərinə görə, təyyarə videomüşahidə dirəyinə çırpılıb.
İstintaqın məlumatına görə, 2025-ci il sentyabrın 26-da səhər saatlarında kiçik bir Piper təyyarəsi əyləc sisteminin nasazlığı səbəbindən mühərriki işə saldıqdan sonra nəzarətsiz şəkildə hərəkət etməyə başlayıb. Nəticədə təyyarə hava limanının videomüşahidə dirəyi ilə toqquşub.
Təyyarə zədələnib. Təyyarədə olan pilot xəsarət almayıb.
İstintaq orqanları hadisənin bütün şəraitini və səbəblərini müəyyən etmək üçün hadisə yerinə baxış keçirir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər