Bütün xəbərlər
Tbilisidə öldürülən Ukrayna Silahlı Qüvvələrinin muzdlularının portretləri dağıdılıb
Tarix: 26-09-2025 09:54 | Bölmə: Karusel

Naməlum şəxslər Tbilisidə Ukrayna ordusunda döyüşən- öldürülən muzdluların portretlərini qırmızı boya ilə ləkələyiblər.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə hərbi müxbir Yuri Kotenok Telegram kanalında məlumat verib.
Jurnalistin sözlərinə görə, qərbyönlü fəallar bu hadisədən hədsiz hiddətlənib və əli olanların məsuliyyətə cəlb olunmasını tələb ediblər.
“Tiflisdə kimsə öldürülmüş Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin, o cümlədən Ukraynaya gedən gürcü legionerlərin portretlərini korlayıb”, - nəşr yazır.
Müxbirin sözlərinə görə, fəallar öz araşdırmalarını aparmağa və hətta portretləri korlayan insanların “qollarını sındırmağa” hazır olduqlarını bildiriblər.
Bununla belə, vətəndaşların əksəriyyəti hadisəyə az maraq göstərib, Kotenok əlavə edib.
Bundan əvvəl o da bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən gürcü muzdluları Kupyanskdakı kilsəni qarət ediblər.



Baxış sayı: 261


Bölməyə aid digər xəbərlər