Bütün xəbərlər
Estoniya vətəndaşı Rusiyaya casusluq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 25-09-2025 17:34 | Bölmə: Karusel

Estoniyanın Viru dairə məhkəməsi respublika vətəndaşı İqor Lobini Rusiya üçün kəşfiyyat fəaliyyətində ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məhkəmənin saytında məlumat verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Lobin 2017-ci ildən Rusiyada işləyirmiş.Məhkəmə həbs cəzası ilə yanaşı, onu 2215 avro cərimə ödəməyə məcbur edib.
Qeyd olunur ki, Lobin 15 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.
Avqust ayında Estoniya məhkəməsi respublikada yaşayan Rusiya vətəndaşını Baltikyanı dövlətə qarşı kəşfiyyat fəaliyyətində ittiham edərək üç il müddətinə azadlıqdan məhrum edib.



Baxış sayı: 289


Bölməyə aid digər xəbərlər