Bütün xəbərlər
4,3 bal gücündə zəlzələ qeydə alınıb
Tarix: 25-09-2025 06:47 | Bölmə: Karusel

Rusiya Elmlər Akademiyasının seysmik hadisələrlə bağlı Telegram-kanalının məlumatına görə, sentyabrın 25-də Buryatiya Respublikasının Muya rayonunda 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 4:53-də (24 sentyabr Moskva vaxtı ilə 23:53) baş verib.
"Enerji sinfi: 11.7. İntensivlik: Taksimo 4-5b, Mamakan 4b, Bodaibo 3-4b, Mama 3b", - deyə məlumatda qeyd olunub.
Zəlzələnin episentri Muiski rayonunun vilayət mərkəzi – 7 min nəfər əhalisi olan şəhər tipli Taksimo qəsəbəsindən 26 km şimal-şərqdə yerləşib.



Baxış sayı: 325


Bölməyə aid digər xəbərlər