10:59 / 24-09-2025
Dostuna bıçaqla hücum edib
Bütün xəbərlər
BMT ekspertləri FİFA və UEFA-nı İsraili yarışlara qadağa qoymağa çağırıb
Tarix: 23-09-2025 20:50 | Bölmə: Karusel

Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri Beynəlxalq Futbol Federasiyası (FİFA) və Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) İsrail klublarını və milli komandalarını beynəlxalq yarışlarda iştiraka qadağa qoymağa çağırıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS jurnalist Xose Luis Moralesə istinadən məlumat yayıb. Bildirilir ki, BMT-nin səkkiz eksperti Fələstində davam edən soyqırıma cavab olaraq FİFA və UEFA-dan İsrailə beynəlxalq yarışlara qadağa qoyulmasını istəyib.
Keçən həftə İsrailin “İsrael Hayom” qəzeti İsrail klubları və milli komandalarına qadağa qoyulması barədə qərarın sentyabrın 23-də verilə biləcəyini yazıb.
Aprel ayında UEFA prezidenti Aleksander Çeferin Rusiya və İsrailə qarşı sanksiyalardakı fikir ayrılıqları ilə bağlı sualdan yayınıb.



Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər