Bütün xəbərlər
3 yaşlı qızını oğurladıqdan sonra öldürdüyünü etiraf edib
Tarix: 22-09-2025 10:01 | Bölmə: Karusel

Krasnodar diyarının sakini 3 yaşlı qızını oğurlamağa cəhd etdikdən sonra onu öldürdüyünü etiraf edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Federasiyasının regional İstintaq Komitəsinin məlumatına görə, kişiyə qarşı ittiham irəli sürülüb.
Cinayət 2025-ci il sentyabrın 19-da Kropotkində baş verib. İstintaqın məlumatına görə, 50 yaşlı kişi öz uşağını öldürərək meyiti gizlədib, sonra ertəsi gün qızın yoxa çıxması barədə polisə məlumat verib. O, şübhəni özündən yayındırmağa çalışırdı.
“Müstəntiq yaxın vaxtlarda təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət vermək niyyətindədir”, - deyə, agentliyin Telegram kanalı məlumat yayıb.
KP-Kuban xəbər verir ki, ata qızın başına daşla vurub, meyiti torbaya qoyub və çaya atıb. Uşaq serebral iflic olub və müstəqil hərəkət edə bilmirdi.
Cəsəd hələ də tapılmayıb. Axtarışlara dalğıclar da qoşulub.



Baxış sayı: 476


Bölməyə aid digər xəbərlər