Bütün xəbərlər
24 saat ərzində 40-dan çox afterşok baş verib
Tarix: 21-09-2025 02:33 | Bölmə: Karusel

Son 24 saat ərzində Kamçatka yarımadası yaxınlığında 42 yeraltı təkan baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 4 yeraltı təkan rayon sakinləri tərəfindən hiss olunub.
"Son 24 saat ərzində maqnitudası 3,5-5,8 bal arasında dəyişən 42 afterşok baş verib", - mətbuat xidməti qeyd edib.
Məlumata görə, Kambalnı, Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımski və Kraşeninnikov vulkanları aktivliyini davam etdirir. Sakinlərə və rayona gələn qonaqlara onlardan uzaq durmaq tövsiyə olunur.
Region qubernatoru bölgədə fövqəladə vəziyyət elan edib.
İyulun 30-da Kamçatkada 8,8 bal gücündə 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. O vaxtdan bəri elm adamları afterşokları qeydə alır.



Baxış sayı: 793


Bölməyə aid digər xəbərlər