Bütün xəbərlər
"Reuters": ABŞ Baltikyanı ölkələrə hərbi yardımı kəsməyi planlaşdırır
Tarix: 20-09-2025 20:34 | Bölmə: Karusel

Pentaqon ABŞ-ın Avropadakı müttəfiqlərinə Baltikyanı ölkələrə - Litva, Latviya və Estoniyaya hərbi yardımı dayandırmaq niyyətində olduğunu bildirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, müdafiə nazirinin Avropa və NATO üzrə köməkçisinin müavini Devid Beyker 2025-ci il avqustun sonunda Baltikyanı ölkələrə departamentin planları barədə xəbərdarlıq edib.
O qeyd edib ki, Avropa müttəfiqləri müdafiə baxımından ABŞ-dan daha az asılı olmalıdır.
Agentlik həmçinin ABŞ-ın Litva, Latviya və Estoniyaya hərbi yardım proqramları haqqında danışan Ağ Ev rəsmisinə istinadən məlumat yayıb. O qeyd edib ki, ABŞ-ın Avropadakı bir çox müttəfiqləri “dünyanın ən zəngin ölkələri sırasındadırlar” və buna görə də bu layihələri maliyyələşdirə bilərlər.



Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər