Bütün xəbərlər
Rusiya Səyahət Sənayesi Birliyi (RUTI): Antalyadakı rus turistlər yanğından sonra şikayət etməyiblər
Tarix: 20-09-2025 16:00 | Bölmə: Karusel

Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) vitse-prezidenti Dmitri Qorin “Rossiya 24” telekanalına bildirib ki, meşə yanğınlarının tüğyan etdiyi Türkiyənin Antalya şəhərində yaşayan rusiyalılar yardım üçün birliyə müraciət etməyiblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Baş Konsulluğu daha əvvəl bildirmişdi ki, meşə yanğını səbəbindən Antalya otellərindən təxliyə edilənlər arasında bəzi ruslar da var. Onlar təhlükəsiz otellərə yerləşdirilib. İnternetdə Türkiyənin Antalya şəhərində yaşayış binalarına yaxınlaşan güclü meşə yanğını səbəbindən turistlərin oteldən təxliyyə edildiyini əks etdirən video yayılıb.
Qorinin sözlərinə görə, yanğının qarşısı alınıb, turistlərin təxliyyəsi başa çatıb.
Qorin "Rossiya 24" telekanalının efirində deyib: "Hazırda nəzarət altına alınan yanğın söndürüldükdən sonra bütün turistlər oteldə qalır; evakuasiya aparılmır. Turistlərdən mövcud vəziyyətlə bağlı bizə heç bir müraciət və şikayət daxil olmayıb".
O, həmçinin turistlərə təbii fəlakətlər zamanı yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etməyi tövsiyə edib.
Bundan əvvəl Rusiya Turoperatorları Assosiasiyası Türkiyənin Belek şəhərində baş verən yanğında rusiyalı turistlərin xəsarət almadığını bildirmişdi.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər